Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalının “brilliant oğlan”ı Avropa çempionu oldu

0



  •         Bir neçə ay əvvəl "Xocalının 8 yaşlı dünya çempionu" adlı məqalə qəzetimizdə işıq üzü görmüşdü. Məqalədə ümidli gələcəyimizdən xəbər verən, kiçik yaşlarından böyük nailiyyətlər əldə edən səkkiz yaşlı idmançı Abbas Abbaslının uğurlarından yazmışdım. Abbasın atası Nəriman Abbasov redaksiyamızla əlaqə saxlayaraq oğlunun yarışlardakı uğurlarından bizə xəbər vermişdi.
      Nəriman Abbasov oğlunun qələbə xəbəri ilə bizi bir daha sevindirdi. Xocalının ümidli gələcəyi Abbas, Türkiyədə təşkil olunan yarışdan Vətənə parlaq qələbə ilə qayıdıb. Atası telefon danışığında bildirdi ki, təmsilçimiz 05-08 sentyabrda İstanbuldakı Bayrampaşa İdman Kompleksində keçirilən karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
    Xatırladıram ki, Abbaslı Abbas Nəriman oğlu 12 dekabr 2011-ci ildə Bakıda doğulub. Onun atası Nəriman Abbasov Xocalı rayon Cəmilli kənd sakinidir. Abbas 2 ilə yaxındır ki, karatenin kyokusinkay, jiyutaido və kyokişin növü üzrə məşğul olur. 2019-cu ildə 2 dəfə çempion olub. 14 fevralda İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. 04 may tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub. 
    Nəriman Abbasovun ən böyük arzusu Xocalıya qayıtmaq və oğlunun yarışlarda düşmən idmançısı üzərində qələbəsini görməkdir. 

    Qalib BƏYMƏMMƏDOĞLU,

    "Xocalının səsi" qəzetinin redaktoru


























    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib48 dəfə
    Xocalının “brilliant oğlan”ı Avropa çempionu oldu

    Maraqlı gələ bilər
    51
    53